“Efes-2022” təlimlərinin İzmirdə keçirilən mərhələsi uğurla başa çatıb

“Efes-2022” təlimlərinin İzmirdə keçirilən mərhələsi uğurla başa çatıb

Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlərinin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də keçirilmiş gecə mərhələsi uğurla başa çatıb.

SİA-nın bəzi türk qaynaqlarından əldə etdiyi məlumata görə, Milli müdafiə naziri Hulusi Akar və onun dəvəti ilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, o cümlədən Türkiyənin ayrı-ayrı qoşun növlərinin komandanları, eləcə də Ankarada akkreditasiya olunan hərbi attaşelər təlimləri izləyiblər.

Təlimin bu mərhələsində müəyyən edilən tapşırıqlar tam şəkildə icra edilib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da keçiriləcək son prosesində çıxışı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə