Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün 10 şərti

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün 10 şərti

Ankara Stokholm və Helsinki qarşısında 10 şərt irəli sürüb ki, onların yerinə yetirilməsi Türkiyə hakimiyyətini İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə münasibətinə yenidən baxmağa vadar edə bilər. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mayın 25-də Ankarada keçirilən danışıqlarda İsveç və Finlandiya nümayəndələrinə tələblər paketi təqdim olunub. Xüsusilə, hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etməli və müvafiq qanunvericilik aktları qəbul etməlidir. İsveç və Finlandiya öz ərazilərində Türkiyədə qadağan olunmuş PKK ilə əlaqəli bütün təşkilatları, aktivlərini və media resurslarını bağlamalı və yenidən açılmasının qarşısını almalıdır. Bundan əlavə, Ankara Stokholm və Helsinkidən müdafiə sənayesi məhsullarına qoyulan embarqonu ləğv etməyi və terrorçularla əlaqəsi olan şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hökuməti həmçinin ölkələrin kəşfiyyat xidmətləri arasında terrora qarşı mübarizədə əməkdaşlığın qurulmasını təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Stokholm və Helsinki terror təşkilatlarına, xüsusən də Ankaranın PKK-ya istinad etdiyi qondarma təşkilatlara münasibətini müəyyən edənə qədər Ankara İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qəbulunu dəstəkləməyəcək. Türkiyə hakimiyyətinin 2016-cı ildə çevrilişin hazırlanmasında iştirakda ittiham etdiyi Suriya Xalq Özünümüdafiə Qüvvələri və “Fətullahçı terror təşkilatı”.

Bütün xəbərlər Facebook səhifəmizdə