ABŞ-ın Rusiyaya qarşı siyasətinin uğursuzluğu..?

ABŞ-ın Rusiyaya qarşı siyasətinin uğursuzluğu..?

Rus saytları yenidən “Bloomberg”ə istinad ediblər. Belə ki, onlar agentliyin ABŞ müttəfiqlərinin Rusiya ilə bağlı siyasətinin uğursuzluğa uğradığı ilə bağlı yazıdan nümunələr gətirirlər.

Ruslar bildirirlər ki, “Bloomberg”da yer alan yazıda guya bir sıra dünya ölkələri artıq Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid etməkdən imtina ediblər.

Xüsusilə Afrika, Latın Amerikası və Asiyanın bəzi dövlətləri xüsusi əməliyyatı tənqid etməkdən imtina ediblər. Belə ki, BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Çin, Hindistan və Cənubi Afrika da daxil olmaqla 35 ölkə xüsusi əməliyyatı pisləməyərək, bitərəf qalıblar.

Maraqlıdır ki, “Bloomberg” əməkdaşı bunu “sadəcə ruhdan salan tolerantlıq” hesab edərək, bu nəticəni Qərb ölkələrinin “düzəldilməli” olan “ciddi səhvi” adlandırıb.

Onun fikrincə, Rusiyanın silah tədarükü, Çin investisiyaları və “ABŞ-ın etinasızlığı” bir çox ölkələri Amerika tərəfi ilə ittifaqın faydasızlığı ilə üz-üzə qoyub.

Agentlik hesab edib ki, bu vəziyyət dünya miqyasında guya artıq trendə çevrilməkdədir. Agentlik əməkdaşının fikrincə, Amerika qitəsinin sammitində region liderləri ABŞ-ın öz istəyi ilə ölkələri dəvət etmək istəyinə müqavimət göstəriblər.

Onların dediyinə görə, may ayında Vaşinqtonda keçirilən ABŞ-ASEAN sammiti də “fiaskoya” məruz qalıb.

Bundan əlavə, Çin bir çox problemli ölkələrə koronavirus peyvəndi tədarük edib. Rusiya isə Hindistan və Afrika ölkələri üçün əsas silah, taxıl və gübrə tədarükçüsü olaraq qalır.

Bütün bunlardan əlavə, nə Moskva, nə də Pekin guya seçki azadlığı və insan haqları ilə bağlı sual vermirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə