Dünyada təxminən 1,6 milyard insan yoxsulluq və aclıq riski altındadır.
SİA “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qida, enerji və maliyyə sistemləri üzrə Qlobal Böhran Qrupunun hesabatında deyilir.
Sənəddə vurğulanır ki, hazırda 94 ölkədə 1,6 milyard insan böhranın ən azı bir aspekti və təxminən 1,2 milyard insan “mükəmməl fırtına” mərhələsində olan, yəni üç parametrə – ərzaq, maliyyə və enerji ilə təhdid edilirlər.
Qeyd edək ki, hesabatı şərh edən BMT-nin baş katibi Antonio Quterreş, heç bir ölkənin sonda böhrandan xilas olmayacağını və bu, çoxlu insanın həyatı bahasına başa gələcəyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Quterreş Ukraynadakı münaqişə nəticəsində gübrələrin qiymətinin iki dəfədən çox artırılması bütün əsas ərzaq məhsullarının qıtlığını təhlükə altına qoyğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB