Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada: “Pxenyanın 8 qısa mənzilli ballistik raket atmasına cavab olaraq Yaponiya və ABŞ birgə hərbi təlim keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, təlimə Chitose bazasından Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus 4 F-15 və Misawa bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 təyyarəsi qatılıb”.

Qeyd edilir ki, Təlimdə Yaponiya və ABŞ-ın istənilən vəziyyətə müdaxilə etmək istəyi ilə ikitərəfli ittifaqın möhkəmləndirilməsi istiqamətində sıx əməkdaşlığa diqqət çəkildiyi vurğulanıb.

Sonuncu hərbi təlim ABŞ və Yaponiyanın son iki həftədə təşkil etdiyi ikinci hərbi təlim kimi qeydə alınıb.

Xatırladaq ki, Mayın 25-də Şimali Koreya biri qitələrarası olmaqla 3 ballistik raketi sınaqdan keçirərkən iki ölkə oxşar hərbi təlim keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə