İspaniyada ərzaq və qida məhsullarını tullayanlara cəza

İspaniyada ərzaq və qida məhsullarını tullayanlar 500 min avroyadək cəzalanacaq
İspaniyada ərzaq və qida məhsullarını tullayanlara cəza

İspaniya hökuməti yararlı ərzaq məhsulu və xörəkləri zibil kimi atan restoranlar və supermarketlərin cəzalandırılmasına dair qanun layihəsini dəstəkləyib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, İspaniyada hər il ev təsərrüfatları 1,3 milyard kq, yaxud adambaşına orta hesabla 31 kq ərzaq, yemək tullayır. Krallığın Nazirlər Kabineti bu hala qarşı mübarizə aparmaq niyyəti ilə qida itkisinin qarşısını almaq üçün uyğun qanun layihəsini bəyənmək istəyir.

Bildirilib ki, ərzaq zəncirinin bütün iştirakçıları tullantıların qarşısını almaq üçün qanun layihəsinin hazırlanmasına cəlb edilməlidir. Qaydalara əməl etməyən barlar, restoran və supermarketlər cəzalandırılacaq. Qanun layihəsinə əsasən, yemək üçün yararsız olan ərzaq məhsullarından şirələr və cemlər hazırlamaq olar. Variant olaraq onlardan heyvanlar üçün yem hazırlamaq da təklif olunur. Qaydalara əməl etməyənlər 2 000 – 60 000 avroyadək cərimə olunacaq. Normalar təkrar pozularsa, o halda cərimənin məbləği 500 milyon avroya çata bilər. Bu qaydaların adi insanlara tətbiqi nəzərdə tutulmur.

Bütün xəbərlər Facebook səhifəmizdə