Sudanda qəbilələr arasındakı qarşıdurmalar nəticəsində 27 nəfər həlak olub

Sudanda qəbilələr arasındakı qarşıdurmalar nəticəsində 27 nəfər həlak olub

Sudanın Qərbi Darfur və Cənubi Kurdufan əyalətlərində baş verən qəbilə qarşıdurmaları 27 nəfərin ölümünə səbəb olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, Çadla sərhəddə yerləşən Qərbi Darfurun Kulbus şəhərində ərəb Rizeyqat və Afrika Gimir tayfaları arasında baş verən qarşıdurma nəticəsində hər iki tərəfdən 16 nəfər həyatını itirib.

Hadisə şahidləri Qımir tayfasına aid 3 kəndin yandırıldığını bildiriblər.

Yerli mətbuatın məlumatına görə, Cənubi Kurdufanın Əbu Cubeyha bölgəsində Əl-Həvazma və Kənan qəbilələrinin iki üzvü arasında mübahisə düşüb.

Mübahisə genişmiqyaslı silahlı qarşıdurmaya çevrildiyindən iki qəbilədən 11 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə