NATO Polşada hərbi tәlim keçirir

NATO Polşada hərbi tәlim keçirir

NATO Polşa və Baltikyanı ölkələrdə hava hücumundan müdafiəni təkmilləşdirmək üçün hәrbi təlimlər keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, “Ramstein Legacy 22” adlanan və 6-10 iyun tarixləri arasında keçirilәcәk təlimdə döyüş təyyarələri, hava və raketdən müdafiə sistemlərindən istifadə edilir.

Polşa, Litva, Latviya və Estoniyada keçirilən təlimlərdə NATO-ya üzv vә NATO müttәfiqi olan 17 ölkә iştirak edir.

NATO-nun təlimlə bağlı açıqlamasında Rusiyanın Ukraynaya hücumundan sonra alyansa üzv ölkәlәrin sərhədləri yaxınlığında raket, pilotsuz uçuş aparatları və döyüş təyyarələrindən istifadənin artdığı vә bu sәbәbdәn NATO bölgәsi üçün təhlükənin artdığı bildirilib

NATO-nun Müttəfiq Hava Komandanlığının komandanı general Ceff Harriqian təlimlə bağlı açıqlama verib.

“Rusiyanın Ukraynaya hücumundan sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alsaq, bu kimi genişmiqyaslı təlimlər NATO üçün indi həmişəkindən daha vacibdir”,-deyә Ceff Harriqian vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə