Ukraynanın ikinci böyük şəhəri Xarkova gecə saatlarında təşkil edilən raket hücumu nəticəsində bir ticarət mərkəzinə ciddi ziyan dəyib.
SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, “Vostorg” adlı ticarət mərkəzinin binası Rusiya ordusunun hücumu nəticəsində qismən dağılıb. Şəhər cəbhə xəttindən təxminən 30 kilometr aralıda yerləşir.
Ticarət Mərkəzinin meneceri Svetlana Giulina Rusiya qüvvələrinin ticarət mərkəzini birbaşa raketlərlə vurduğunu, hücum nəticəsində xəsarət alan olmadığını, binanın böyük hissəsinin zədələndiyini bildirib.
Məlumata görə şəhərə dünən gecədən bəri 3 dəfə raket hücumu təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB