Rusiya saytlarının yazdığına görə, Çexiya prezidenti Miloş Zeman 127 ölkə vətəndaşının Kiyevin tərəfində Ukraynada –ruslara qarşı döyüş əməliyyatlarında iştirak etmək xahişini rədd edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çexiya prezidentinin mətbuat katibi Jiri Ovçaçek bildirib.
Rus saytları yazırlar ki, guya Respublika Daxili İşlər Nazirliyinin mənfi tövsiyəsinə əsasən, prezident Miloş Zeman çərşənbə günü, iyunun 8-də 127 Çex vətəndaşının Ukrayna silahlı qüvvələrinə qoşulmaq xahişini rədd edib.
Qeyd edək ki, ruslar Çexiya prezidentinin bunu “Twitter”də yazdığını da bildiriblər.
Rusların etirafına görə, ötən, may ayının 11-də Zeman 103 Çexiya vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə veribmiş.
Xatırladaq ki, bundan əvvəl Çexiya parlamentinin Avropa məsələləri üzrə komitəsinin rəhbəri Ondrey Benesik Çexiyanın Ukraynaya T-72 tankları və BMP-1 zirehli transportyorları göndərdiyi açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB