“IBM” Rusiya bazarından çıxmağı planlaşdırdığını açıqlayıb

“IBM” Rusiya bazarından çıxmağı planlaşdırdığını açıqlayıb

Amerikanın texnologiya şirkəti “IBM” Ukraynadakı münaqişə səbəbindən Rusiya bazarından çıxmağı planlaşdırdığını açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TRT-nin xəbərinə görə bu barədə şirkətin baş icraçı direktoru (CEO) Arvind Krişna açıqlama verib: “Açıq deyim biz Rusiyada bütün əməliyyatları dayandırmışıq. Şirkətin Rusiyada yerləşən saytında “Bu məzmun artıq mövcud deyil” mesajı göstərilib.

Qeyd edək ki, Martın əvvəlində “IBM” Rusiyada kommersiya fəaliyyətinin, proqram təminatının satışının, Rusiyanın müdafiə şirkətləri ilə əməkdaşlığın dayandırdığını, ancaq ən çox zərər çəkmiş bölgələrə kritik dəstək verməkdə davam edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə