İranda qatar qəzasında ölənlərin sayı 17-yə çatıb - YENİLƏNİB

İranda qatar qəzasında ölənlərin sayı 17-yə çatıb - YENİLƏNİB

İranda qatarın relsdən çıxıb aşması nəticəsində ölənlərin sayı artıb. SİA-nın Tehran bürosu xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Sərnişinlərdən 50 nəfərin yaralandığı, 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Qatarda 243 sərnişin olub. Ölənlərin sayının artacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə