Daha balıq tutmaq da qurtardı...

Daha balıq tutmaq da qurtardı...

Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsinin rəhbəri Sergey Ponomaryov regionun Rusiyanın Yaponiya ilə canlı dəniz sərvətlərinin yığılmasına dair sazişi dayandırmaq qərarını dəstəklədiyini bildirib.

SİA rus saytlarından əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rusiyanın Yaponiya tərəfindən Saxalin üzərindəki sanksiyalarına qarşı tədbirlər kompleksi dövlətlərarası münasibətlərdə dekonstruktivizm şəraitində haqlı hesab olunur.

Qeyd edək ki, bir müddət bundan əvvəl Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Yaponiya hökuməti adından Rusiya ilə dəniz canlı ehtiyatlarının yığılmasına dair sazişin birtərəfli qaydada dayandırılmasından təəssüfləndiyini bildirmişdı.

Qarşı tərəf bu məsələ ilə bağlı Rusiya ilə məsləhətləşmələr aparılacağını da gizləməyib.

İyunun 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Tokio ilə dəniz canlı ehtiyatlarının yığılması sahəsində sazişin icrasını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, müqavilə yapon balıqçılarına Rusiyanın Kuril adalarının cənubunda ayırdığı kvota çərçivəsində balıq tutmağa icazə verirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə