...Çerniqov və Kiyev həkimləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günündə ağır yaralanan gənc ukraynalı sərhədçinin həyatını xilas ediblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Baş leytenant Viktor Derevianko "Suspilne.Chernigiv" telekanalının jurnalistlərinə aldığı xəsarətlər, müalicə və gələcək üçün planlar barədə danışıb.
Ukraynalı hərbçinin məlumatına görə, fevralın 24-də səhər saat 4.15-də ruslar kamikadze pilotsuz uçan aparatların köməyi ilə Çerniqov vilayətində Ukrayna-Belarus sərhəddində yerləşən çadır düşərgəsinə hücum ediblər. Derevyanko və onun altı hərbşi yoldaşı yaralanıb. Zabitin dediyinə görə, onlardan üçünün vəziyyəti həmən an şox ağır idi.
Amma bütün buna baxmayaraq, onlardan fərqli olaraq mənim sağ qalmağım sadəcə xoşbəxtlikdir. Bu sözləri həkimlərin dediyinə istinad edən baş leytnant bildirib.
Belə ki, onun dediyinə görə, kəskin ağrıdan və mina partlayışından oyanıb, ilk dron ukraynalı müdafiəçilərin çadırının üzərinə düşüb. Əlindən qan axsa da, çadırdakı digərləri kimi, o da çarpayının altında gizlənib.
Onun dediyinə görə, ara sakitləşəndən sonra belə ayağa qalxıb və baş verənlərə diqqət yetirə də bilmibilməyib. Deyir ki, sonrakı, sayca üçüncü partlayışdan sonra ayağa qalxa bilib.
Dediyinə görə, sonradan məlum oldub ki, qolundan keçən qəlpə mədəyə dəyib və ürək əzələsinin sol mədəciyinə daxil olub.
Həmin gün səhər saat 05.30-da gələn təcili tibbi yardım maşını sərhədçini Çerniqovdakı hərbi hospitala aparıb.
Orada ilk cərrahi müdaxiləni ediblər. Daha sonra həmin gün baş leytenant Kiyev sərhədçilərinin xəstəxanasına aparılıb və orada üzərində növbəti əməliyyat keçirilib.
Aprelin 26-da yaralı Ürək İnstitutuna aparılıb və orada qəlpəni çıxarmağa nail olublar.
Gənc baş leytnantın dediyinə görə, əməliyyatdan sonra baş həkim professor Todurov qəlpənin artıq ürəyə daxil olduğunu bildirib. Maraqlıdır ki, həkim belə bir hadisə ilə heç vaxt qarşılaşmadığını etiraf edib.
Maraqlıdır ki, həkimi təəccübləndirən, belə bir hadisənin ölümlə sonunclanmasıdır. Təbii ki, həkim bunu xəstənin şanslı olması ilə əlaqələndirib.
...Hazırda sərhədçi reabilitasiyadan keçir, bundan sonra yenidən xidmətə qayıtmağı planlaşdırır
Müharibə bitənə qədər,.. ölkəsini bu pis ruhlardan təmizləyənə qədər Ukraynaya xidmət edəcəyini deyən baş leytnant, müharibədən sonra digər normal adamlar kimi, ev tikib ailə qurmağı düşünür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB