Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Sergey Lavrovun təyyarəsinin Serbiyaya uçuşunu qadağan etməklə Avropanın hələ də “mağara üsulları” ilə idarə olunduğunu göstərib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu barədə yazı Zaxarovanın Telegram-kanalında dərc olunub.
“...Uçuşdan imtina ilə bağlı vəziyyət bizə deyil, onlara aiddir. Onlar sadəcə olaraq belə hərəkətlə, həqiqətən də mağara formasında birlik nümayiş etdirməyə çalışırlar”.-deyə Zaxarova bildirib.
Zaxarova hesab edir ki, həmrəylik nümayiş etdirmək üçün bu cür üsullardan istifadə edilməsi Qərb ölkələrinin öz mövqelərinin üstünlüyünə, tarixi liderliyinə inamları ilə bağlıdır. Eyni zamanda, o vurğulayıb ki, hazırda onlarda liderlik və üstünlük yoxdur.
Nazirlik səlahiyyətlisinin sözlərinə görə, Rusiyanın bütün beynəlxalq əlaqələrini kəsmək mümkün deyil, bunu Sergey Lavrovun və onun nümayəndə heyətinin Yaxın Şərqə, Asiyaya uğurlu səfərləri sübut edir. Zaxarova əlavə edib ki, “ən yaxın qonşularla” əlaqə gecə-gündüz saxlanılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB