Çilinin Kintero ştatındakı sənaye zonasında 80-dək insan kükürd qazından zəhərlənib.
SİA APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərdən 45-i məktəblidir. Bələdiyyə sədri bildirib ki, sənaye zonasının havasında kükürd qazının həcmi normadan 5 dəfə çoxdur.
Bu şəhərdə 1958-ci ildə sənaye zonası salındıqdan sonra ekoloji vəziyyət ağırlaşıb. Kiçik bir ərazidə 4 istilik elektrik stansiyası, bir neçə neftayırma zavodu və mis emalı müəssisəsi fəaliyyət göstərir. “Greenpeace” təşkilatı bu ərazini “Çilinin Çernobılı” adlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB