Rusiya Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının rəisi, Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev Ukrayna hərbçilərinin Mariupol limanında tonlarla taxılın qəsdən yandırdığını bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, mərkəz rəhbərinin sözlərinə görə, nəticədə 50 min tondan çox taxıl məhv olub.
Rusiyalı general-polkovnik bu “qeyri-insani cinayət”i bütün dünya ictimaiyyətinə çatdırmaq lazımdır, Mizintsevə görə, bu öz vətəndaşlarına qarşı “qida terroru” həyata keçirən Kiyev hakimiyyətinin “əsl simasını” göstərir.
Rusların yazdığına görə, guya bundan bir qədər əvvəl “Donetsk Xalq Respublikası” hökuməti başçısının müşaviri Yan Qaqin də geri çəkilən Ukrayna qoşunlarınıın Mariupol dəniz limanının anbarlarında olan tonlarla taxılı yandırdığı barədə “siqnal veribmiş”.
Amma Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell bunların “şahidi olmasına baxmayaraq”, Rusiyanın beynəlxalq taxıl ticarətində hər hansı kəsirlərə görə birbaşa məsuliyyət daşıığını bəyan edib.
...Rus saytları bunu Rusiyaya qarşı “haqsızlıq” kimi dəyərləndirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB