Nyu-Yorkda silah satışı sərtləşdirilir...

Nyu-Yorkda silah satışı sərtləşdirilir...

Nyu-York qubernatoru Keti Hokul son bir neçə həftə ərzində kütləvi insan tələfatı ilə nəticələnən atışmalardan sonra ştatın silah satışı ilə bağlı qaydaları sərtləşdirən qanunvericilik paketini imzalayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, paketdə odlu silah alqı-satqısindakı boşluqların aradan qaldırılmasına dair məsələlər öz əksini tapıb.

"Silah zorakılığı ölkəmizi parçalayan bir epidemiyadır. Nyu-Yorkda biz öz ştatımızın sakinlərini qorumaq üçün cəsarətli addımlar atırıq”, - deyə K. Hokul bildirib.

Paketə daxil edilən digər bir qanun layihəsi də silah almaq istəyən şəxslərin ən azı 21 yaşında olmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə