Putin Melitopolu da Rusiyaya qatır...

Putin Melitopolu da Rusiyaya qatır...

Daha bu qədər də yox də...

Sən demə, Zaporojye vilayətindəki 150 minlik əhalisi olan Melitopol şəhəri Rusiyaya qatılmağın həsrətindəymiş.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Qalina Danilçenko da “etiraf edib”. Belə ki, şəhər artıq Rusiyaya birləşməklə bağlı referenduma hazırlaşmağa başlayıb.

Danilçenko çərşənbə axşamı, iyunun 7-də Melitopolda səfərdə olan Rusiya prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun səfərindən sonra referenduma hazırlıq barədə məlumat verib.

“Biz bilirik ki, gələcəyimiz Rusiya ilə birdir... və biz indi referenduma hazırlaşmağa başlayırıq”, - şəhər meri vurğulayıb.

Danilçenko Melitopol administrasiyasının “şəhər haqqında xoş sözlər eşitməkdən məmnun” qaldığını da bildirib.

“Sergey Vladilenoviç (Moskvadan gələn canişin Kiriyenkonu nəzərdə tutur-A.B.) şəhərimizin dinc həyat sürməsinə, şəhərimizin hər bir sakininin yeni həyat quruculuğuna verdiyi töhfəyə görə mənzil-kommunal təsərrüfatı, tibb, təhsil işçilərimizə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. biz də öz növbəmizdə bu həyatı qurmaqda bizə göstərilən kömək və dəstəyə görə Rusiya Federasiyasına çox minnətdarıq”, - deyə Qalina Danilçenko vurğulayıb.

P.S. Xatırladaq ki, hələ bir müddət bundan əvvəl rusların ələ keçirdiyi Melitopol şəhərində özünü mer elan edən və “Müxalifət bloku”ndan olan şəhər şurasının deputatı Qalina Danilçenko dövlətə xəyanətdə şübhəli bilinib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə