Almaniya XİN: “Türkiyə əvəzolunmaz müttəfiqdir”

Almaniya XİN: “Türkiyə əvəzolunmaz müttəfiqdir”

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Türkiyəni “əvəzolunmaz müttəfiq” olaraq qiymətləndirib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok, bu gün başlayacaq və 10 iyuna qədər davam edəcək Pakistan, Yunanıstan və Türkiyəni əhatə edən səfəri əvvəlində açıqlama verib. O Türkiyəyə reallaşdıracağı səfəri yüksək qiymətləndirib. İki ölkə xalqları arasındakı yaxınlığa diqqət çəkib.

Sabah Pakistanda danışıqlar aparacaq olan Almaniya xarici işlər naziri, iyunun 8-də Yunanıstanda, 9-da isə Türkiyədə səfərdə olacaq. O, Türkiyəyə səfəri çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu, qeyri hökümət təşkilatları və iqtisadiyyatla əlaqəli idarə və şirkətlərin nümayəndələri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə