Nazir Akar latviyalı həmkarı ilə telefon danışığı aparıb

Nazir Akar latviyalı həmkarı ilə telefon danışığı aparıb

Milli müdafiə naziri Hulusi Akar Latviyanın müdafiə naziri Artis Pabriks ilə telefonla danışıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Hulusi Akar və Latviyanın müdafiə naziri Artis Pabriks arasında baş tutan telefon danışığında hər iki həmkar ikitərəfli və regional müdafiə, təhlükəsizlik və NATO məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Hulusi Akar iyunun 6-da da ukraynalı həmkarı Aleksii Reznikovla telefonla danışıb.

Nazirlikdən verilən məlumata görə, Akar-Reznikov görüşündə Ukrayna limanlarında gözləyən ticarət gəmilərinin və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi mövzuları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə