...İtaliya, Fransa və Almaniya Ukrayna prezidenti Vladimir Zelenskinin Krım üzərində nəzarətin Kiyevə verilməsi tələbini dəstəkləmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Amerikalı siyasətçi və publisist Patrik Byukenen “The American Conservative” jurnalı üçün yazdığı məqalədə Qərb ölkələrinin bu mövqeyindən danışıb.
Deməli onun sözlərinə görə, Roma, Paris və Berlin Ukraynadakı vəziyyətin tezliklə sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və Zelenskinin Rusiyanın 2014-cü ildən sahib olduğu ərazilərdən çıxarılması tələbində guya artıq israr etmirlər.
Bununla yanaşı, Byukenen bu gün bəzi Şərqi Avropa ölkələrinin bu məsələdə Ukrayna liderini dəstəklədiyini də gizlətmir.
Qeyd edək ki, hələ mayın ortalarında Zelenski Kiyevin Krımı Rusiyanın bir hissəsi kimi, eləcə də Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR) muxtariyyətini tanımayacağını açıqlamışdı.
Onun sözlərinə görə, Türkiyədə Rusiya-Ukrayna danışıqları zamanı Kiyevdən gələn nümayəndə heyəti Krım məsələsinin on il ərzində həllini təklif etsə də, amma cavab eşitməyib.
Gərək ki, yadınızda olar, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Kiyevi ərazi güzəştlərinə getməyə çağırmışdı. O hətta tərəflər arasında danışıqların yaxın iki ay ərzində bərpa olunmasına çağırış etmişdi.
O da yadınızda olar, Kissincerin təklifini tənqid edən Zelenski “...Ukraynanın öz maraqlarının başqaları ilə üst-üstə düşməməsini təmin etməlidir” -deyə bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB