Dəməşqə raket zərbəsi endirilib

Dəməşqə raket zərbəsi endirilib

İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi axşam Suriya ordusunun mövqelərinə raket zərbələri endirib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə TASS Suriya hərbçilərinin məlumatına istinadən xəbər verir.

İlkin məlumatlara görə, Suriyanın hava hücumundan müdafiə bölmələri Dəməşq yaxınlığında yerləşən Əl-Kisva şəhəri üzərində ən azı altı raketi vurub.

Suriya tərəfinin mümkün dağıntıları və itkiləri barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə