Ukrayna Rusiya ilə yeni sazişdə güzəştə gedəcək?

Ukrayna Rusiya ilə yeni sazişdə güzəştə gedəcək?

Kiyev növbəti danışıqlar zamanı Moskvaya güzəştə getməyə hazırdır, yeni sazişdə Xerson və Zaporojye vilayətlərinin statusu müzakirə olunmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya”ya yüksək vəzifəli mənbə məlumat verib.

O bildirib ki, guya region sakinlərinin böyük əksəriyyəti Rusiyanı dəstəkləyir. Məqalədə Krımın və Donbasın status məsələsi də Moskva üçün qapalı qalacağı bildirilir.

Nəşrin həmsöhbətlərinin fikrincə, prosesin gedişi “DXR” və “LPR” ərazisində təmas xətti boyunca eskalasiya tsiklinin necə başa çatmasından asılı olacaq. Mütəxəssislərin fikrincə, önümüzdəki həftələrdə sakitlik yarana bilər. Lakin bu, tərəflər arasında dialoqun bərpasına zəmanət vermir.

“Moskva hələ mart ayında Antalyada nümayəndə heyətlərinin danışıqları zamanı xüsusi əməliyyatı dayandırmağa hazır idi. Daha sonra Ukrayna özü Donbass və Krımı daxil etmədən neytral status və təhlükəsizlik zəmanəti təklif etdi. Vladimir Putin bu addımı atmağa hazır idi, lakin Qərb Ukraynaya təzyiq göstərdi və buna görə də Kiyev təklifini geri götürdü”.- Bunu da kimliyi məlum olmayan ekspert deyib.

Bundan əvvəl Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia Kiyevin danışıqlarda mövqeyini Qərbdən silah tədarükü ilə gücləndirilməli olacağını bildiribmiş. Tərəflərin danışıqlarındakı fasiləyə səbəb kimi o, Donbassdakı gərgin vəziyyəti göstərmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə