Türkiyədə NATO təlimləri keçiriləcək

Türkiyədə NATO təlimləri keçiriləcək

İyunun 20-dən 28-dək Türkiyədə NATO-nun Ramstein Dust II-2022 (RADU II-22) hərbi təlimləri keçiriləcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Şimali Atlantika Alyansının yerləşdirmə və hazırlıq üzrə manevrləri Türkiyənin Konyadakı 3-cü əsas raket bazasının komandanlığının bazasında təşkil olunacaq.

Təlim Konya bazasında hava əməliyyatları texnikaları baxımından unikal öyrənmə fürsəti verən beynəlxalq Anadolu Qartalı 2022 təlim kursu ilə birlikdə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə