Bu səfər Ukraynadan taxıl ixracı məsələsini həll etməyəcək

Bu səfər Ukraynadan taxıl ixracı məsələsini həll etməyəcək

ABŞ hakimiyyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfərinin Ukraynadan taxıl ixracı problemini həll etməyəcəyinə inanır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Onun sözlərinə görə, “bu məsələ Ukraynanın mərkəzi rola daxil olmasını tələb edir”.

Lavrovun Türkiyəyə səfərini ölkəsi tərəfdən izləniləcəyini deyən Prays, bununla yanaşı, Vaşinqtonun da öz növbəsində problemin həlli üçün Avropa İttifaqı, BMT və Türkiyə ilə işləməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl “Bloomberg” öz mənbələrinə istinadən Türkiyə ilə Rusiyanın Odessadakı əsas Qara dəniz limanından Ukrayna kənd təsərrüfatı məhsullarının tədarükünü bərpa etmək üçün ilkin razılığa gəldiklərini, lakin Kiyevin təklif olunan razılaşmaya şübhə ilə yanaşdığı barədə material dərc etmişdi.

Bu arada, çərşənbə günü, yəni iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankarada bu məsələ ilə bağlı danışıqlar aparacağı gözlənilir.

Amma Ukraynanın bu danışıqlara öz nümayəndəsini göndərib-göndərməyəcəyi ilə bağlı elə bir məlumat yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə