PKK Duhokda peşmərgə qüvvələrinə hücum edib

PKK Duhokda peşmərgə qüvvələrinə hücum edib

Terror təşkilatı PKK-nın İraqın Duhok şəhərində İraq Kürd Regional Rəhbərliyinin (İKRG) peşmərgə qüvvələrinə hücum təşkil etdiyi bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Peşmərgə Zerevani Komandanlığının Əməliyyatlar üzrə komandanı general-mayor Salar Teymur Duhokun Amedi qəsəbəsinin Kani Masi mahalında PKK-nın hücumu ilə bağlı "Anadolu" xəbər agentliyi müxbirinə açıqlama verib.

Teymur "Bu gün axşam (5 iyun) saatlarında Kani Masi rayonundakı Qamnerki dağında Peşmərgə qüvvələrinin yerləşdiyi nöqtəyə PKK-lılar hücum etdi. Hücumda raketatanlardan və BKC-dən istifadə edildi" deyib.

Hücumun peşmərgə qüvvələri tərəfindən dəf edildiyini bildirən Teymur can itkisi və yaralanan olmadığını qeyd edib.

PKK ötən il 5 iyun 2021-ci ildə də Duhokun Amedi rayonunda peşmərgə qüvvələrini pusquya salmışdı.Hücum nəticəsində 5 peşmərgə həlak olmuş, 7-si yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə