Nebenzya iclas zalını tərk edib...

Nebenzya iclas zalını tərk edib...

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya iyunun 6-da Ukraynadakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının keçirdiyi iclas zalını Avropa Şurasının rəhbəri Şarl Mişelin çıxışı zamanı tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Şarl Mişel Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətlərinə qarşı ittihamlar səsləndirib. Eyni zamanda Nebenzya daha əvvəl bəyan edib ki, Rusiya hərbçilərini Ukraynada zorakılıqda ittiham etmək Kiyevin və bütövlükdə Qərbin sevimli üsuluna çevrilib. O, Moskvanın hələlik heç bir sübut görmədiyini və ittihamçılardan bir misal eşitmədiyini vurğulayıb.

Bundan əlavə, Nebenzya bildirib ki, Rusiya Kiyevin Rusiya Federasiyası ərazisində uzaqmənzilli reaktiv yaylım atəşi sistemlərindən (MLRS) istifadə etməyəcəyinə dair ABŞ-ın təminatlarını inandırmağı düşünmür. O əlavə edib ki, Moskva Kiyevi müvafiq silahlarla təmin etdikdən sonra qərar qəbul edən mərkəzlərə zərbə endirmək hüququnu özündə saxlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə