Conson baş naziri vəzifəsində saxlanılıb

Conson baş naziri vəzifəsində saxlanılıb

Hakim Mühafizəkarlar Partiyasının hökumət başçısına etimadsızlıq məsələsi ilə bağlı səsverməsinin nəticələrinə görə Boris Conson Böyük Britaniyanın baş naziri postunu saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə BBC News xəbər verir.

Qeyd edək ki, İcmalar Palatasında səsvermə gizli keçirilib. Mühafizəkarların nümayəndələri partiya liderinə etimadsızlıq səsverməsindən keçmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Partiyanın 211 nümayəndəsi etimad səsverməsinin lehinə, 148-i əleyhinə səs verib.

Consonun postunu saxlamaq üçün onun dəstəyində partiya nümayəndələrinin ən azı yarısının və bir səsinin, yəni ən azı 180 səsin toplanması lazım idi.

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası bazar ertəsi, iyunun 6-da öz lideri Boris Consona etimad səsverməsi keçirib. “Reuters”in məlumatına görə, səsvermənin elə əvvəlində ən azı 145 mühafizəkar siyasətçini açıq şəkildə dəstəkləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə