Fransa Rusiya neftinə alternativ axtarır

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar apardıqlarını açıqlayıb.
Fransa Rusiya neftinə alternativ axtarır

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar apardıqlarını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, "CNews", "Europe 1", "Les Echos" birgə yayımda iştirak edən Le Maire Rusiya qazı və neftinə alternativ axtardıqlarını və BƏƏ-nin ən azı Rusiya neftinə müvəqqəti alternativ ola biləcəyini söyləyib.

BƏƏ ilə danışıqlar artıq başlayıb, biz Rusiya neftinə alternativ tapmalıyıq”, - Le Maire bildirib.

Nazir Le Maire enerji müstəqilliyi siyasətini Rusiya prezidenti Vladimir Putinə qarşı müdafiə etdiklərini qeyd edib.

Digər tərəfdən, Le Maire ekoloji keçiddə investisiyaları sürətləndirəcəklərini ifadə edərək ümumi seçkilərdən sonra bərpa olunan enerji ilə bağlı addımların sürətləndirilməsinə imkan yaradacaq qanunu müzakirəyə çıxaracaqlarına diqqət çəkib.

Eyni medialara fərqli müsahibədə danışan Avropa İttifaqının (Aİ) daxili bazar üzrə komissarı Thierry Breton "(Aİ ölkələri) mümkün qədər tez zamanda Rusiya qazından xilas olmalı və müstəqilliklərini bərpa etməlidirlər, çünki Putin Avropanı sevmir" ifadələrdən istifadə edib.

Breton Putinin qazdan istifadə edərək avropalıları parçalamağa çalışdığını da iddia edib.

Aİ-nin Rusiyaya qarşı 6-cı sanksiyalar paketinə bu ilin sonuna kimi Rusiyadan neft idxalının 92 faiz azaldılması daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə