Vladimir Zelenski Zaporojyedə cebhə xəttində olub

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Xarkovdan sonra Zaporojye şəhərinə gedərək cəbhədəki hərbçilərlə görüşüb.
Vladimir Zelenski Zaporojyedə cebhə xəttində olub

Ukrayna prezidendi Volodimir Zelenski cebhə xəttindəki tədqiqatına dair açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, o deyib: “Zaporojyada cəbhədə əsgərlərlə bir araya gəldim. Onlara təqdirə şayan əməklərinə, xidmətlərinə, dövləti müdafiə etdiklərinə görə minnətdarlığımı bildirdim”.

Cebhə xəttində Rusiyanın hücumlarında həyatını itirən ukraynalı əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdiyini də ifadə edən Zelenski bölgədəki səhhiyə mərkəzlərinə baş çəkib.

Rusiya mühasirəsindən sonra Mariupoldan təxliyə edilən mülki şəxslərlə də görüşən Zelenski köçkünlərin lazımi qaydada məskunlaşdırılması üçün tədbirlər görəcəyini vəd edib.

Xatırladaq ki, Ukrayna lideri 29 mayda da Rusiya ordusunun hücumlarından ən çox təsirlənən Ukraynanın Xarkov şəhərinə baş çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə