Ukrayna Kursk vilayətinin Qluşkovski rayonunun Tetkino kəndinə hücum edib. Zərərçəkənlər barədə hələlik məlumat verilmir.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit özünün Teleqram kanalında məlumat verib.
Qubernatorun deyildiyinə görə, Ukrayna ilə sərhəddə yerləşən Tetkino kəndi yenidən atəşə tutulub. Hadisə bu gün, səhər tezdən baş verib.
“...Zərbələr körpü və yerli müəssisələrə endirilib. Dəymiş ziyan və mümkün zərərçəkənlər barədə məlumatlar hələ ki, dəqiqləşdirilir” - deyə vilayət qubernatoru yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB