“Ukraynanın Avropa İttifaqına tam daxil olması qeyri-realdır”

“Ukraynanın Avropa İttifaqına tam daxil olması qeyri-realdır”

"Məncə, Ukraynanın Avropa İttifaqına (Aİ) dərhal tam üzv olması qeyri-realdır”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avstriya kansleri Karl Nehammer “Kronen Zeitung”a müsahibəsində bildirib.

Avstriya kansleri “Avropa hazırlıq məkanı”nın (“Europäischen Vorbereitungsraum”-red) yaradılması zərurətini vurğulayıb. O, bildirib ki, bu məkanda qalmaq Ukrayna və Moldovanın Aİ standartlarına yaxınlaşmasına imkan verəcək.

Kanslerin sözlərinə görə, bu əməkdaşlıq və Aİ-yə tam üzvlük arasında aralıq addım olmalıdır.

“Bizi bir məqsəd birləşdirir, hamımız güclü, müstəqil və iqtisadi cəhətdən uğurlu Ukrayna istəyirik. Ukrayna hazırda siyasi və ərazi cəhətdən sağ qalmaq üçün mübarizə aparır. Bütün səylərimiz ilk növbədə Rusiyanın təcavüzkar müharibəsini dayandırmağa yönəlib. Belə bir mərhələdə Avropa Birliyinə sürətli tam üzvlük onsuz da aktual məsələ ola bilməz”, – Nehammer deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com