Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalındakı "Sülh çeşməsi", "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyat bölgələrində təcavüz atəşi açan bölücü terror təşkilatı PKK/YPG-nin 16 üzvü zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib:

“Suriyanın şimalında “Sülh çeşməsi”, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatı bölgələrində təcavüz atəşi açan 16 PKK/YPG terrorçusu uğurlu əməliyyatla zərərsizləşdirilib”.

Şimali İraqda terrorçulara qarşı mübarizə əzm və qətiyyətlə davam edir.

"Pəncə-Qaplan" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu da atəşə dəstək maşınları ilə zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə