“Çörəyə həsrət qalanda... deyəcəm sizə...”

“Çörəyə həsrət qalanda... deyəcəm sizə...”

...Xəbər var, Ukraynanın hərbi qüvvələri Mariupol limanından geri çəkilərkən tonlarla taxıl yandırıblar ki, indi həmən məhsul artıq istehlak üçün yararsızdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” hökuməti başçısının müşaviri Yan Qaqin məlumat verib.

Deməli, Qaqinin dediyinə görə, Mariupol limanının ərazisində tonlarla qarğıdalı və buğda məhsulları saxlanılırdı. Amma yandırıldıqdan sonra ehtiyatın çox hissəsi yararsız vəziyyətə düşüb.

Maraqlıdır ki, Qaqin inanmayanlara gəlib baxmağı məsləhət görür. Onun dediyinə görə, məhsulların qoxusu və görünüşü onun dediklərini sübut edir.

“Dövlət səlaghiyyətlisi”nin dediyinə görə, düşmən, yəni ukraynalılar limandan geri çəkilərək taxıl anbarlarını ona görə yandırıblar ki, bu taxıl “Donetsk Xalq Respublikasına” aparılmasın. Yəni bu məhsullardan heç bir şəkildə istifadə etmək mümkün olmasın.

Qeyd edək ki, bir müddət bundan əvvəl BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi olduğunu bəyan edib. BMT-dəki Ümumdünya Ərzaq Təşkilatı (FAO) onu da bildirib ki, 2023-cü ildə Ukraynadakı hərbi əməliyyatlar səbəbindən ərzaqla bağlı vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə