Moskva və Belqrad milli valyutalarla hesablamalara keçmək üzərində işləyirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ötən gün Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko Belqradın Rusiya qazını hansı sxemlə ödədiyi sualına cavab verərkən bildirib.
Səfirin dediyinə görə, Serbiya dost ölkə olaraq qalır və ona görə də eyni şərtlər ona aiddir: “...Eyni zamanda, bütövlükdə ticarətimizdə milli valyutalarla ödənişə keçid vəzifəsi qarşıya qoyulub və mərhələli şəkildə həll olunacaq”, - deyə diplomat bildirib.
Qeyd edək ki, 2022-ci il may ayının sonunda Moskva və Belqrad Rusiya təbii qazını Serbiyaya tədarük etmək barədə razılığa gəliblər. Serbiyanın baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviçin sözlərinə görə, üç il müddətinə nəzərdə tutulan yeni sazişə əsasən, 1000 kubmetr üçün 400 dollar ödəmə nəzərdə tutulub.
Rusiyalı səfirin dediyinə görə, bu bazarda qaz alan digər ölkələrlə müqayisədə...guya 3-4 dəfə aşağıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB