Finlandiya, ölkənin NATO-ya üzv olmaq niyyətinə görə Rusiya tərəfindən təzyiqlərin olmamasına təəccüblənir. (...nə bilmək olar, bəlkə də,.. başı qarışıqdır...xətdə gözləyin). Belə ki, bu fikirləri Finlandiya Dövlət Təhlükəsizlik Polisinin rəhbəri Antti Pelttari dünən, iyunun 5-də “Financial Times”ə danışarkən bildirib.
Onun sözlərinə görə, Finlandiya ölkənin NATO-ya daxil olması ilə bağlı müzakirələr zamanı Rusiyanın kiberhücumlarına və hibrid hücumlarına hazır olub, lakin heç nə baş verməyib.
SİA-nın əldə etdiyi məlumata görə, Pelttari bunları əlkəsi üşüm “müsbət məqam” kimi dəyərləndirib.(... xətdə gözləyin demişdim axı).
Maraqlıdır. Skandinaviya rəsmiləri elə ümid edirlər ki, artıq xətər sovuşub, yəni Rusiya prezidenti Vladimir Putin onların Qərbin hərbi alyansına qoşulmaq qərarını artıq qəbul edib.
Bununla belə, hesab edilir ki, Kreml Helsinkidə xarici qoşunların və ya nüvə silahlarının ölkəyə yerləşdirilməsi kimi qərarlara təsir göstərməyə ümid edə bilər.
“...Onlar Finlandiyanın alyansa daxil olmasından sonra necə NATO üzvü olacağı ilə maraqlanırlar”-deyən Pelttari Finlandiya səlahiyyətlilərinə Rusiyanın gözləntiləri ilə bağlı təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB