Gecə yaman uzundur..?
00:13. Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib ki, Monteneqro, Şimali Makedoniya və Bolqarıstan göyərtəsində departamentin rəhbəri Sergey Lavrovun olduğu hökumət təyyarəsinin keçməsi üçün səmanı bağlayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, "Avropa İttifaqı və NATO-ya üzv ölkələr öz hava məkanlarını bağladılar, daha bir rabitə kanalını bağladılar" dedi.
01:14. İsveçrənin İqtisadiyyat naziri Qay Parmelin “Blick”ə verdiyi müsahibəsində bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynada hərbi əməliyyatları mümkün qədər tez bitirmək üçün nəzərdə tutulsa da, amma hələ ki, elə bir effekt verməyib, yəni tərəflər yekun məqsədə çatmayıblar. Siyasətçi onu da vurğulayıb ki, sanksiyaların effektivliyi daha çox “onların tam şəkildə həyata keçirilib-keçirilməməsindən və digər siyasi, diplomatik və ya hüquqi alətlərlə birgə tətbiq olunmasından” asılıdır.
03:30. ABŞ Ukrayna taxılının maneəsiz ixracı müqabilində Rusiyadan sanksiyaların bir hissəsinin götürülməsi ilə bağlı razılaşmaya razı olmayacaq, “Politico” amerikalı rəsmiyə istinadən xəbər verir. Nəşrin mənbəsi Rusiyanın bu mövzu ilə bağlı bəyanatlarını “qəsb diplomatiyası” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB