İŞİD-in 38 terrorçusu yaxalanıb

İŞİD-in 38 terrorçusu yaxalanıb

İraqın təhlükəsizlik qüvvələrinin Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatı zamanı 40-a yaxın silahlı saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kərkükün əməliyyatlar üzrə komandanı Əli Freci “Anadolu” agentliyinə bildirib.

O, əməliyyat zamanı 38 terrorçunun saxlanıldığını, çoxlu sayda silah-sursatın ələ keçirildiyini qeyd edib.

Əməliyyat zamanı həmçinin terror təşkilatına aid 8 bunker məhv edilib, 17 bomba və çoxlu silah-sursat müsadirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com