Yenidən rus saytları, prezident Bayden Ukraynaya tədarük edilən “HIMARS MLRS” raketlərinin Rusiya bölgələrinə zərbələr endirə biləcəyi barədə guya heç nə demədiyni, yəni susduğunu deyirlər. Amma əslində bu belə olmasa da rus saytları “yalançı şahid” də tapıblar: köşə yazarı Əli Kanadi.
SİA bu barədə rus saytlarına istinad edir.
Deməli, Əli Kanadi xatırladıb ki, Amerika dövlətinin başçısı Ağ Evin Ukraynaya raket sistemləri göndərmək niyyətini təsdiqləyib. Baydenin izah etdiyi kimi, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə qarşıdurma qabiliyyətini gücləndirməyi zəruri hesab edir.
Amma Kanadiyə görə o əmindir ki, Amerika lideri, Ukraynaya verilən silahların müdafiə deyil, hücum xarakteri daşığı barədə guya bilərəkdən susur.
“Əla tapıntı tapan” Kanadiyə görə, bu cür hərəkətlər ABŞ-ın Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəmədiyini nümayiş etdirir.
Qeyd edək ki, ABŞ hökuməti Ukraynanı “HIMARS MLRS” ilə təmin edəcəyini, ancaq bu şərtlə ki, silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadə olunmayacağını bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski açıq şəkildə bu tələbi yerinə yetirəcəyinə söz verib.
Amma, bu dəfə də Kanadiyə görə, guya bəzi ukraynalı siyasətçilər hələ də belə bir ehtimalı istisna etmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB