İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

İtaliyanın şimalındakı Lombardiya regionunda fırtına və leysan yağışları fəsadlara səbəb olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Varese bölgəsində güclü külək səbəbindən yüzlərlə ağac magistral yollara aşıb, bəzi evlər sel suları altında qalıb. Vararo dağ kəndi ilə əlaqə kəsilib.

Yanğınsöndürənlər və mülki müdafiə könüllülərindən ibarət qruplar fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə