ABŞ 2020-ci ildən bəri ilk dəfə olaraq Venesuela neftinin Rusiyadan idxalı əvəz etmək üçün Avropaya tədarükünə icazə verib.
SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir.
Beləliklə, bununla bağlı Dövlət Departamenti İtaliyanın “Eni” və İspaniyanın “Repsol” enerji şirkətlərinə müvafiq məktub göndərib.
“Reuters”un yazdığına görə, belə görünür ki, 2020-ci ilin ortalarında ABŞ hakimiyyəti Venesuelaya qarşı sanksiyaları sərtləşdirdiyi zaman dayandırılmış neftin borc mübadilə proqramını yenidən bərpa etmək isyəyir.
“Reuters”in həmsöhbətlərindən birinin sözlərinə görə, “Eni” və “Repsol”un alacağı neftin həcmi elə də böyük deyil və ona görə də qərarın dünya qiymətlərinə təsiri məhdud olacaq. ABŞ, Venesuela neftinin Avropada Rusiyadan neftə olan asılılığı azaltmağa və yüklərin bir hissəsini Çindən yönləndirməyə kömək edəcəyinə ümid edir.
Maraqlıdır ki, bundan əlavə, Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu müxalifətlə danışıqları bərpa etməyə inandıracağını da düşünür.
Mayın ortalarında ABŞ Xəzinədarlığı ölkənin “Chevron” neft şirkətinin Venesueladakı fəaliyyəti ilə bağlı danışıqlara başlamağa icazə verən lisenziya verib, lakin buna baxmayaraq, hələlik şirkətə Venesuela neftinin hasilatı və satışına icazə verməyib.
Qeyd edək ki, Birləşmiş Ştatlar 2019-cu ilin martında Maduronun yeni müddətə yenidən seçilməsini tanımadan Venesuelaya qarşı neft embarqosu və digər sanksiyalar tətbiq edib.
2020-ci ildə ölkənin neft hasilatı gündə 300.000 barelə qədər azalsa da, növbəti il gündə 760.000 barelə yüksəlib. Ekspertlər artımı Venesuela ilə İran arasında ağır Venesuela neftinin İran kondensatına mübadiləsinə dair razılaşma ilə əlaqələndirirlər.
...Və sonda, bir müddət bundan əvvəl Moskva Venesuela rəhbəri Maduronu Rusiyanın ən “etibarlı dostu" adlandırmışdı.
Amma sonradan ruslar Maduronun onlara dost ola biləcəyinə bir balaca tərəddüd edərək “...onun köynəyinin bədəninə daha yaxın olduğunu” bəyan etdilər.
Əslində, düz də elədilər. Çünki, axı Putin də onların “qulaqlarını doldurub”: “...böyük siyasətdə dost-filan olmur”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB