“Avropa İttifaqı ABŞ-sız mövcud ola bilməz”

“Avropa İttifaqı ABŞ-sız mövcud ola bilməz”

Avropa ölkələri və ABŞ çoxdan Rusiya ilə münasibətlərini kəsmək niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İtaliyanın “La7” telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb çoxdan Avropa İttifaqı məkanında dominantlıq etməyə başlayıb. Nazirlik rəsmisi hesab edir ki, siyasi nöqteyi-nəzərdən Avropa İttifaqı ABŞ-sız mövcud ola bilməz. Maraqlıdır ki, Zaxarova kollektiv Qərbin Rusiya ilə münasibətləri çoxdan kəsməyə çalışdığını da gizlətməyib.

“Əvvəlcə bizə Avropaya qaz kəmərləri çəkmək imkan verilmədi. Kim? Təbii ki, ABŞ, xüsusilə də Almaniyaya qaz kəməri çəkməyi qadağan etdi, Avropaya Rusiya qazını almamağı söylədi”- deyən Zaxarova viza rejiminin sadələşdirilməsi ilə bağlı aparılan danışıqlara da diqqət çəkib.

Beləliklə o xatırladıb ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələ 20 ildir davam etsə də, Avropa İttifaqı səbəbini izah etmədən onların sözünü kəsib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bolqarıstan, Monteneqro və Şimali Makedoniyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsini öz hava məkanına buraxmaqdan imtina etməsinə də münasibət bildirib: “Rusiya nümayəndə heyəti danışıqlar üçün Belqrada gəlməli idi. Avropa İttifaqı və NATO-ya üzv ölkələr öz hava məkanlarını bağlamaqla, daha bir rabitə kanalını da bağladılar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə