Ruslara qarşı döyüşən belaruslar...

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın sözlərinə görə, Ukraynada ruslara qarşı döyüçmək istəyən belaruslu könüllülərin sıraları artmaqda davam edir
Ruslara qarşı döyüşən belaruslar...

...Hə, indi nə olsun ki, ölkə rəhbərləri “dost və qardaşdırlar”...yox, burada dost, elə qardaş da heç yerinə düşmür. Çünki rus rəhbəri Vladimir Vladimiroviçin sözü var, deyir ki, mənim üçün böyük siyasətdə dost-qardaş məfhumu yoxdur. Yəni bəzi məsələlərdə belə şeylər keşmir. Əslində, doğru da deyir. Təbii ki, sözdə Belarus Rusiya ilə dost ola bilər, amma...

...Deyilənlərə görə, bu gün Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibədə 1,5 min nəfərdən artıq belarusiyalı ruslara qarşı döyüşür.

Qeyd edək ki, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində də etiraf edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan sonra bir çox belarus ukraynalılara kömək etmək məqsədi ilə gizli batalyon yaradıblar.

“...Hazırda həmən batalyonun təqribən 1,5 min nəfərdən artıq üzvü var. Əslində, bu batalyon tək deyil: onlardan bir neçəsi müxtəlif şəhərlərdə, Ukrayna ordusunun nəzarəti altında döyüşürlər". Bunu da belaruslu xanım bildirib.

Tixanovskayanın dediyinə görə, Ukrayna tərəfində döyüşmək istəyən belarusların sıraları artmaqda elə bu gün də davam edir.

“...Belarusda bir çox insanlar Ukraynaya kömək etmək istəyirlər və hazırda başqa ölkələrdə təlim keçirlər. Onların neçəsini və harada olduqlarını deməyə icazə vermirəm. Çox vaxt bunlar müharibə təcrübəsi olmadığı üçün təlimə ehtiyacı olan insanlardır. Amma Ukrayna tərəfində olan belarus döyüşçülərinin sayı mütləq artacaq”. Bunu da müxalifətçi xanım bildirib.

Xatırladaq ki, daha əvvəl Svetlana Tixanovskaya Belarus Respublikası Silahlı Qüvvələrinin hərbi komandanlığının Ukraynaya hücum əmri aldığını bildirmişdi.

Qeyd edək ki, bunun üçün Belarus rəhbərliyi əsas da gətirmişdi... “ukraynalılar təkcə Donbasa zərbə endirməyə hazırlaşmırdılar. Onlar Belarusa zərbələr endirmək üçün də mövqelər düzüblər”. Deyim ki, bunu Belarus rəhbəri “Rossiya 24” telekanalına verdiyi açıqlamasında bildirmişdi.

Svetlana Tixanovskayanın sözlərinə görə, ...doğrudur, Belarus ordusu Ukraynaya hücum əmri alsa da, lakin yüksək hərbi komandanlıq bu hücumu ləngitdi. Belə ki, alınan əmrdən sonra ordunun ruhdan düşdüyünü aydın şəkildə sezən təcrübəli belaruslu zabitlər “...bu qanlı müharibədə ruslara qoşulmaq istəmədilər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə