Bağdadda “İslam Dövləti” terror qruplaşmasının 14 silahlısı saxlanılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iyunun 5-də “Şəfəq” agentliyi məlumat yayıb.
İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat idarəsinin dəqiqləşdirdiyi kimi, terrorçuların mümkün olduğu yerlər barədə məlumatlar kəşfiyyatdan əldə edilib.
Kəşfiyyat idarəsinin əməkdaşları yaraqlıların izinə düşüb, onları şirnikləndirib həbs etməyə başlayıblar.
Qeyd edilir ki, İraq paytaxtının bir neçə bölgəsində “fərdi uğurlu əməliyyatların” həyata keçirildiyi də bildirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs edilən radikallar arasında qruplaşmanın uzun müddətdir axtarışda olan 3 nüfuzlu lideri də var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB