Vuçiç iyunun 6-da Lavrovun Serbiya səfərinin ləğvi ilə bağlı xalqa müraciət edəcək
Uçmağa da yol qalmayıb?

Serbiya prezidenti Aleksandr Vuçiç Bolqarıstan, Şimali Makedoniya və Monteneqro tərəfindən 6-7 iyun tarixlərində Belqrada səfər etməyi planlaşdıran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlaması ilə əlaqədar vətəndaşlara müraciət edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin milli televiziyası olan RTS məlumat yayıb. Qeyd olunur ki, Vuçiç axşam saat 19:30-da (Moskva vaxtı ilə 20:30) Serbiya vətəndaşlarına müraciət edəcək.

Bundan əvvəl Serbiyanın "Veçerniye Novosti" qəzeti Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun öz hava məkanını Sergey Lavrovun təyyarəsi üçün bağladığını yazıb.

Qeyd edək ki, Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova Bolqarıstanın Lavrovun təyyarəsi üçün hava dəhlizi verməkdən imtina etdiyini təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə