Təyyarə qəzasında iki hərbi pilot həlak olub - İORDANİYADA

Təyyarə qəzasında iki hərbi pilot həlak olub - İORDANİYADA

İordaniya Kral Hərbi Hava Qüvvələrinə aid təyyarənin təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində iki pilotun həlak olub. SİA rəsmi Petra agentliyinə istinadla xəbər verir ki, İordaniya Silahlı Qüvvələri Baş Qərargahının məlumatında qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. Qəzaya uğrayan təyyarə İrbid vilayətindəki boş əraziyə düşüb. Həlak olan pilotların cənazələri Kral I Abdulla Tibb Universitetinin hospitalındakı meyitxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə