Rusiyanın Ukraynadakı “uğuru”...çaxnaşma yaradıb?

Rusiyanın Ukraynadakı “uğuru”...çaxnaşma yaradıb?

“Washington Post” qəzetinin yazdığına görə, ABŞ lideri Cozef Bayden Ukrayna böhranını nəyin bahasına olursa olsun sona çatdırmaq istəyən Avropa İttifaqı liderləri arasında çaxnaşma ilə mübarizə aparmalı olub.

Rusların yazdığına görə, guya buna Rusiya Silahlı Qüvvələrinin döyüşdə qazandıqları uğurlar səbəb olub. SİA bu barədə rus saytlarına istinad edir.

Nəşr yazır ki, bu gün Bayden üçün ən aktual vəzifə nəyin bahasına olursa olsun sülh haqqında danışmağa başlayan, uzun sürən münaqişənin bahasından qorxan panikaya düşmüş avropalı müttəfiqləri sakitləşdirməkdir
Qeyd edək ki, bu həftə Avropa liderləri “özlərini bir araya toplayıb” dəniz yolu ilə Rusiya neftinin idxalına embarqo tətbiq etdilər. Almaniya isə Kiyevi hava hücumundan müdafiə sistemləri və tanklarla təmin etməyə razılaşdı. Avropa İttifaqı bir ay ərzində Ukrayna və Gürcüstanın taleyini həll etməyə hazırdır

Bu arada Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi hazırlamağa başlayıb. Bu barədə isə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib. Onun dediyinə görə, sanksiyalar daha da sərt olmalıdır... Rusiyanın hələ də sata biləcəyi qaz və bütün Rusiya banklarının SWIFT sistemindən ayrılması kontekstində. Mən, əsasən, Rusiyanın öz sənayesində istifadə etdiyi “Qazprombank”dan danışıram.
Bu fikirləri Yablonski səsləndirib.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə