Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket atıb

Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket atıb

Şimali Koreya yenidən Yapon dənizi istiqamətində ballistik raket ehtimal edilən cismin buraxılışını həyata keçirib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon patrul gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə onlara yaxınlaşmamağa və dərhal müvafiq qurumlarla əlaqə saxlamağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə