Tərəflər sərt münaqişədən çəkinəcəklər

Tərəflər sərt münaqişədən çəkinəcəklər

Rusiya Xalqlar Dostluğu Universitetinin Dünya İqtisadiyyatı və Biznes İnstitutunun dosenti Vladimir Qriqoryev Çin və ABŞ arasında münaqişənin mümkün nəticələrindən danışıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, ÇXR Amerikanın dövlət borcunun ikinci ən böyük sərmayəçisi, ABŞ isə Çinin ən böyük bazarı olduğundan ölkələr arasında fikir ayrılıqları hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

“Çin nəzəri olaraq Amerika dövlət borcu bazarını çökdürə bilər, lakin belə olan halda özü də əhəmiyyətli maliyyə itkilərinə məruz qala bilər”.

Bunu Qriqoryev “Prime” agentliyə deyib.

Əslində bu iki dövlətin əlaqələri yetərincədir. Məsələn əgər Amerika Çini təchiz etməkdən imtina edəcəyi təqdirdə, bu halda halda ən böyük ixracatçı dəyişdirilməli olacaq.

Ümumiyyətlə ekspert hesab edir ki, həm Çin, həm də ABŞ “pis dünya”nın vəziyyətini mümkün qədər uzun müddət saxlamağa çalışacaq və hətta iqtisadi xarakterli olsa belə, sərt münaqişədən çəkinəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə